AZ

Ukrayna Rusiyanı Latviya ərazisindən vuracaq?

Latviya prezidenti Edqars Rinkeviçs Rusiya Xarici Kəşfiyyat Xidmətinin onun ölkəsinin ərazisindən Rusiyaya qarşı hücumlar hazırladığı barədə açıqlamasını “yalan” adlandırıb. O, bu barədə mayın 19-da X-də yazıb.

Xatırladaq ki, Rusiyanın xəbər agentliyi mayın 19-da bildirib ki, Rusiya kəşfiyyat xidməti guya Ukrayna hakimiyyəti Baltikyanı ölkələrdən Rusiyaya qarşı dronlar buraxmağı planlaşdır. Rusların sözlərinə görə, Ukrayna Riqanı belə bir əməliyyata razı salmağa inandırıb.

Edqars Rinkeviçin qeyd edib ki, guya Latviya istənilən ölkəyə Rusiyaya qarşı hücumlar etmək üçün öz hava məkanından və ərazisindən istifadə etməyə icazə verməsi barədə danışır. Bu, tamamilə yalandır.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr