AZ

Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...

Karyerasını uğurlu şəkildə Səudiyyə Ərəbistanı nəhəngi ''Əl-Əhli''də davam etdirən və son iki mövsümdə Asiya Çempionlar Liqasının qalibi olan Merih Dəmiral maraqlı bir xəbərlə gündəmə gəlib.

"Football-plus.az" xəbər verir ki, ''Fənərbaxça''nın yetirməsi olan Türkiyə yığmasının üzvü doğma məmləkəti Kocaelinin şəhərinin Karamürsel kəndində dünya mətbəxi konsepti ilə xidmət göstərən bir restoran-kafe açmaq qərarına gəlib. 12 nəfər işçisi olan kafe artıq fəaliyyətə başlayaraq qapılarını müştərilərinin üzünə açıb. Kafeyə Merihin bütün karyerası ərzində geydiyi forma nömrəsi, yəni ''28'' adı verilib. Kafeyə futbolçunun atası Burhan Dəmiral və qardaşı Fatih Dəmiral nəzarət edəcək. Ailə üçün ''28'' rəqəminin həm də başqa bir önəmi var.

Belə ki, 2012-ci ilin dekabrın 28-də Merihin anası maşın qəzasında dünyasını dəyişib. Ailəyə məxsus olan kafenin açılışında şəhid ailələri və qazilərə tamamilə pulsuz xidmət göstərilib.

Ümumiyyətlə, Fatih Dəmiralın açıqlamasına görə burda Merihin istəyi ilə hər gün şəhid ailələrinə tamamilə pulsuz xidmət göstəriləcək. Fiziki qüsurlu şəxslər üçün xüsusi günlər olacaq. Eləcə də Ramazan ayı boyunca hər gün iftar süfrələri təşkil olunacaq və bir çox başqa xeyriyyəçiliklər həyata keçiriləcək.

Seçilən
21
1
football-plus.az

2Mənbələr