AZ

Azərbaycanda dəhşətli qətl baş verdi

ain.az, Milli.az saytına istinadən bildirir.

Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi avtomobillə boşanma ərəfəsində olduğu həyat yoldaşı, 2003-cü il təvəllüdlü Sevinc Məmmədovanın sürdüyü maşına qəsdən çırpılıb.

Daha sonra o, avtomobildən düşərək Sevinc Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisə zamanı avtomobildə olan Sevinc Məmmədovanın ögey anası, Ukrayna vətəndaşı, 1974-cü il təvəllüdlü Natalya Xudenka da həyatını itirib.

Məlumata görə, hadisəni törədən Rövşən Məmmədov daha sonra qəsd edib.

Faktla bağlı araşdırma aparılır.Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
news.milli.az

3Mənbələr