AZ

İqtisadiyyat Nazirliyində AYİB lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 may, AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə infrastrukturun təkmilləşdirilməsi, şəhərsalma layihələri və digər istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan AYİB-in Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.

Görüşdə bankla əməkdaşlığın gündəliyində olan prioritet istiqamətlər nəzərdən keçirilib.

Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər, şəhərlərin su təchizatının və Naxçıvanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərsalma layihələri barədə müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
9
azertag.az

10Mənbələr