AZ

Türkiyədə sellə bağlı XƏBƏRDARLIQ edildi

Türkiyə Daxili İşlər Nazirliyi Şərqi Aralıq dənizi bölgəsində yerləşən 5 vilayətin sakinlərinə güclü yağış yağacağı ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media “Haber Global”a istinadla xəbər verir ki, qurumun yaydığı məlumata görə, sabah səhər saatlarından etibarən Mersin, Adana, Osmaniye, Hatay və Kahramanmaraş ətrafında lokal olaraq güclü yağış gözlənilir.

Türkiyə Daxili İşlər Nazirliyi, sel, su basqını, torpaq sürüşməsi, kiçik ölçülü dolu, ildırım, nəqliyyatda fasilələr və yağış zamanı güclü külək kimi mənfi hallara qarşı vətəndaşları diqqətli və ehtiyatlı olmağa çağırıb.

Bizim.Media

Seçilən
0
7
bizim.media

10Mənbələr