Nüfuzlu beynəlxalq və erməni KİV-lərinin əsaslandırılmış yazılarına istinad edən baş nazir Nikol Paşinyan “Ermənistanın daxili siyasi səhnəsində peyda olmuş Kaluqa oliqarxı”nı (o, “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyanı nəzərdə tutur – red.) FTX zabiti adlandırıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, hazırda məzuniyyətdə olan və hazırda ölkəni idarə edən “Mülki Müqavilə” partiyasının namizədlərinin proporsional siyahısına başçılıq edən Ermənistanın baş naziri Nikol Paşinyan bunu mayın 19-da Ermənistanın Lori vilayətində seçki kampaniyası zamanı deyib.
“Yəni Ermənistanda siyasi proseslərdə iştirak edən şəxs FTX-nin məxfi zabitidir. Bu fakt bütün lazımi əsaslandırmaları təqdim edən mediaya sızdırılıb. Bu bizim fərziyyələrimizi təsdiqləyir. Cəmi iki gün əvvəl dedim ki, əgər kimsə Ermənistanla Azərbaycan arasında heç vaxt müzakirə olunmayan bir məsələni gündəmə gətirirsə, onların fəaliyyətini casusluqdan başqa bir şey kimi qələmə vermək olmaz. Bu adamlar hər gün Ermənistanla Azərbaycan arasında heç vaxt müzakirə olunmayan bir məsələni gündəmə gətirmək üçün əllərindən gələni edirlər. Artıq 1 milyon azərbaycanlının Ermənistana köçürülməsindən danışmağa başlayıblar. Bu casusluqdan başqa bir şey deyil. Niyə bu adamlar bunu Ermənistanın siyasi gündəminə gətirmək üçün milyonlar xərcləyirlər? Bunun qarşısını almağa, üçbaşlı müharibə cəsus partiyasının barajı keçib parlamentə girməsinə mane olmaq gücümüz var”, Paşinyan deyib.
Hakim partiyanın namizədi ardınca bildirib: “Mən bütün beynəlxalq tərəfdaşlarımıza hörmət edirəm, lakin siyasi fəaliyyətlə məşğul olmaq üçün buraya agentlər göndərmək və casus şəbəkələri yaratmaq tərəfdaşlıq ruhuna uyğun gəlmir. Kaluqa oliqarxının xarici xüsusi xidmət orqanlarının agenti olması o deməkdir ki, onun yaratdığı partiya kəşfiyyat şəbəkəsidir və bu məlumatdan xəbər tutan hər bir vətəndaş seçim etməlidir: agent, yoxsa vətəndaş? Bu partiyanın hər bir tərəfdarı və müttəfiqi dəqiq seçim etməlidir: agentdir, yoxsa vətəndaşdır. İnanıram ki, onların əksəriyyəti vətəndaşlığı seçəcək. Və agent kimi fəaliyyət göstərməyi seçənlər - bütün beynəlxalq tərəfdaşlarımıza hörmətlə yanaşaraq - Ermənistan sizin üçün gələcək. Bütün agentlər, Ermənistan sizin üçün gələcək”.
Musavat.com