Mingəçevirdə qız binadan yıxılıb.
Bizim.Media “unikal.az”a istinadla xəbər verir ki, hadisə Nizami küçəsində baş verib.
İlkin məlumata görə, gənc qız binanın 3-cü mərtəbəsindən yıxılaraq yerə çırpılıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, binadan yıxılan qız tələbədir.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanıb.
Bizim.Media