AZ

“Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq”

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, “Qarabağ”ın prezidenti Tahir Gözel və “Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvləri komandanın məşqçi və futbolçu heyəti ilə görüş keçiriblər.

İdmanxeber.az xəbər verir ki, görüşdə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov başa çatmaqda olan mövsüm haqda danışıb. O, “Qarabağ”ın UEFA Çempionlar Liqasında qazandığı uğuru, illərdir qitəmiqyaslı turnirlərdə göstərdiyi davamlı nəticələri futbolçuların cəsarətli oyunu və işgüzarlıqla əlaqələndirib:

“Bu komandanın çəkisi çox ağırdır. Buradakı hər bir futbolçu, çalışan hər kəs bu klubun dəyərini bilməlidir, həm cəsarətli, həm dürüst, həm işgüzar olmalıdır. Klubumuz etibarlı əllərdədir. Çox yaxşı, sadə, işgüzar rəhbərlərimiz var. Futbolçulara təşəkkür edirəm, hər zaman yanlarındayam. Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq”.

Seçilən
23
13
idmanxeber.az

10Mənbələr