ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
ABŞ Vaşinqtonla İran arasında İslam Respublikasının nüvə potensialının yenidən bərpasını qeyri-mümkün edəcək bir proses çərçivəsində əməkdaşlıq görmək istəyir. Bu barədə Ağ Evdə keçirilən brifinqdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid (Cey Di) Vens məlumat verib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
"Biz İrandan təkcə nüvə silahından imtina öhdəliyi deyil, həm də illər keçdikdən sonra öz nüvə potensialını yenidən bərpa edə bilməməsini təmin edəcək bir prosesdə bizimlə əməkdaşlıq etməyə hazır olduğunu görmək istəyirik", – deyə Vens qeyd edib.
Vitse-prezident vurğulayıb ki, əgər İran heç vaxt nüvə silahına sahib olmayacağına dair öhdəlik götürərsə, ABŞ saziş imzalamağa hazırdır. Əks təqdirdə isə amerikalılar İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa edə bilərlər.
"Bu, prezidentin istədiyi bir şey deyil və mən elə hesab etmirəm ki, iranlılar da bunu istəsinlər. Biz bu yolla getmək istəmirik, lakin ehtiyac yaranarsa, prezident bunu etməyə hazır və qadirdir", – deyə o əlavə edib.
Brifinq zamanı Vens həmçinin ABŞ və İran arasındakı danışıqların yaxşı mərhələdə olduğunu qeyd edib və İslam Respublikasındakı münaqişənin ABŞ üçün "əbədi müharibə" olmadığını bildirib. Bununla yanaşı, o, İranın zənginləşdirilmiş uranının Rusiyaya təhvil verilməsinin ABŞ-nin planlarına daxil olmadığını diqqətə çatdırıb.
Xədicə BAXIŞLI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.