Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Qarabağ”in prezidenti Tahir Gözel və klubun İdarə Heyətinin üzvləri komandanın məşqçi və futbolçu heyəti ilə görüş keçiriblər.
İdman.Biz bildirir ki, tədbir mövsümün yekunlarına həsr olunub.
Görüşdə “Qarabağ”ın tarixi uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyi mövsümün yekunları müzakirə olunub. Həmçinin yeni mövsüm və klubun hədəfləri barədə fikirlər bildirilib.
Tahir Gözel “Qarabağ”ın mövsüm ərzində göstərdiyi ümumi performansı dəyərləndirib, komandanın həm ölkədaxili yarışlarda, həm də UEFA Çempionlar Liqasındakı çıxışının Azərbaycan futbolu üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Bu mövsüm Çempionlar Liqasında yaşananlar isə Azərbaycan futbol tarixinin ən parlaq Avropa səhifələrindən biri kimi yadda qaldı. “Qarabağ”ın artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil, böyük rəqabətin real söz sahibi olduğunu bütün qitəyə nümayiş etdirdi. Bütün bunlar eyni zamanda Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzunun nümayişi idi. Bu uğurlu yolun formalaşmasında Qurban Qurbanovun rolu xüsusi qeyd olunmalıdır. O, “Qarabağ”ın yalnız baş məşqçisi deyil, həm də klubun futbol fəlsəfəsini formalaşdıran əsas memarlardan biridir”, - o bildirib.
Klubun prezidenti transfer siyasəti və ümumi idarəetmə modelindən də bəhs edib:
“Biz hər zaman olduğu kimi səs-küylü addımlarla deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük verdik. “Qarabağ” uzun illərdir planlı inkişaf prinsipi əsasında idarə olunur və bu strateji xətt dəyişməyəcək. Akademiyamızın inkişafı istiqamətində də işlər ardıcıl şəkildə davam edir. Son illər aşağı yaş qruplarında qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb.
Bu gün əsas məqsədlərimizdən biri yalnız güclü əsas komanda formalaşdırmaq deyil, eyni zamanda “Qarabağ”ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, yaxın illərdə akademiyamızdan yetişən daha çox futbolçu həm əsas komandamızda və Azərbaycan millisində uğurla çıxış edəcək”.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.