AZ

İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi

İngiltərədə premyer-liqaya keçid oyununda Acun Ilıcalının sahibi olduğu “Hall Siti” ilə “Sauthempton”un qarşılaşacağını xəbər vermişdik. Amma bu gün vəziyyət dəyişib.

Belə ki, “Sauthempton” çempionşipin pley-off finalından kənarlaşdırılıb və qarşıdakı mövsüm üçün 4 xal qazanıb. İngiltərə Futbol Liqasının (EFL) mətbuat xidməti bu haqda xəbər yayıb:

“Müstəqil İntizam Komissiyası bu gün klubun digər klubların məşq sessiyalarının icazəsiz çəkilişləri ilə bağlı EFL qaydalarının dəfələrlə pozulduğunu etiraf etməsindən sonra “Sauthempton”u çempionşip pley-off mərhələsindən kənarlaşdırıb. Dörd xal da silinib və bu xallar 2026/27 mövsümünün çempionşip cədvəlinə daxil ediləcək. Bugünkü qərar nəticəsində “Midlsbro” pley-off mərhələsinə qayıdacaq və “Hall Siti” ilə finala yüksələcək. Final oyunu mayın 23-də - şənbə günü keçiriləcək”.
Seçilən
1
2
football-plus.az

3Mənbələr