Amerika prezidenti münaqişənin yenidən başladılması imkanını ciddi şəkildə nəzərdən keçirir...
Trampa mayın 18-də İrana qarşı mümkün hərbi əməliyyat variantları təqdim edilib.
Poliqon xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.
Mənbərlərin sözlərinə görə, bu addım Amerika prezidentinin münaqişənin yenidən başladılması imkanını ciddi şəkildə nəzərdən keçirdiyinə dəlalət edir.
Qeyd edək ki, bu məlumat Vensin İranın "çox mürəkkəb ölkə" olduğunu və danışıqların hələ də qeyri-müəyyən istiqamətdə getdiyini etiraf etdiyi açıqlamalarından qısa müddət sonra gəlib.
Analitiklər Trampa hərbi variantların təqdim edilməsini Vaşinqtonun Tehran üzərindəki diplomatik təzyiqi artırmaq, eyni zamanda lazım gəldiyi halda hərbi qüvvəyə əl atmağa hazır olduğunu nümayiş etdirmək cəhdi kimi qiymətləndirirlər.
Poliqon.info