AZ

BMT AİK rəsmisi: Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” layihələri digər ölkələr üçün nümunə ola bilər

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 20 may, AZƏRTAC

Azərbaycanın həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri olduqca dəyərlidir və bu təcrübə digər ölkələr üçün də faydalı nümunə ola bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Torpaq Ehtiyatlarının İdarə Edilməsi üzrə İşçi Qrupunun katibi Maike Salize bildirib.

O qeyd edib ki, WUF13 dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılması baxımından çox vacib platformadır.

“Bu forum bizə həm gördüyümüz işləri təqdim etmək, həm regiona göstərdiyimiz dəstəyi paylaşmaq, həm də tərəfdaşlarla yeni əməkdaşlıq imkanları yaratmaq üçün şərait yaradır. Bu tədbir şəhərsalma sahəsində həyata keçirilən mühüm təşəbbüslərin nümayiş olunduğu və təcrübə mübadiləsinin aparıldığı önəmli platformadır”, – deyə o vurğulayıb.

Müxbir - Nailə Həsənova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
azertag.az

2Mənbələr