AZ

Rusiya diplomatı Latviya XİN ə çağırıldı

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın Ukrayna PUA-larının Latviya ərazisinə gəldiyi iddiasına qəti etirazını bildirmək üçün bu ölkənin müvəqqəti işlər vəkili Dmitri Kasatkini çağırıb.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.

Bildirilib ki, rus kəşfiyyatının açıqlaması Rusiya Federasiyası tərəfindən əvvəllər irəli sürülən yalan ittihamlara əsaslanır.

Məlumata görə, Rusiya səfirliyinin rəhbərinə etiraz notası təqdim edilib.

Nazirlik vurğulayıb ki, Latviya hakimiyyət orqanlarının sözügedən məsələdə ərazisinin istifadəsinə icazə vermədiyini bildirməsinə baxmayaraq, Rusiya dezinformasiya yaymağa davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
axar.az

1Mənbələr