"Sumqayıt" Misli Premyer Liqasının 33-cü turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Belə ki, mayın 22-də saat 19:30-da baş tutacaq matçın biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək olar.
Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 10 və 20 manatdır.
Mətləb