Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rus rublu ABŞ dollarına qarşı son aylarda dünyanın ən sürətlə dəyər qazanan valyutası olub.
"Ölkə.az" xəbər verir ki, rubl 2026-cı ilin ikinci rübündə dollar qarşısında ən yüksək performans göstərən valyuta kimi qeydə alınıb.
Məlumata görə, aprelin əvvəlindən bəri rubl dollar qarşısında təxminən 12 faiz möhkəmlənib və 72,6 səviyyəsinə qədər yüksələrək 2023-cü ilin fevralından bəri ən güclü mövqeyinə çatıb.
Çərşənbə axşamı günü birjadankənar valyuta bazarında dollar/rubl məzənnəsi 2023-cü il 8 fevral tarixindən sonra ilk dəfə 71 həddindən aşağı düşüb.
Bildirilir ki, rubl hazırda dollar qarşısında dünyanın ən yaxşı performans göstərən valyutası hesab olunur. İqtisadçılar bunu Rusiya bazarında xarici valyuta axınının artması və dollar tələbatının azalması ilə əlaqələndirirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.