AZ

Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

BAKI, 20 may. TELEQRAF

Venesuela Prezidentinin xüsusi nümayəndəsi Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampı ölkəsinə qarşı tətbiq olunan iqtisadi sanksiyaları aradan qaldırmağa çağırıb.

Teleqraf xəbər verir ki, Rodrigez "Venezolana de Televisión"ın efirində bildirib ki, Venesuelaya qarşı sanksiyalar dayandırılmalıdır.

“Venesuelaya qarşı sanksiyalar yetər artıq. Prezident Tramp, Venesuela iqtisadiyyatının inkişafına mane olan və sənaye sahələrinə qanunsuz nəzarət yaradan bu məhdudiyyətlər aradan qaldırılmayana qədər sakit dayanmayacağıq”, – deyə o vurğulayıb.

Venesuela rəsmisi qeyd edib ki, Trampla qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşıb və iki ölkə arasında diplomatik əməkdaşlıq ABŞ prezidentinin Venesuela xalqının səsinə qulaq asmasına imkan yaratmalıdır.

Rodrigez, həmçinin “Sanksiyasız və sülh içində Venesuela uğrunda Böyük Ziyarət” adlı ümummilli aksiyanın ikinci mərhələsinin başladığını elan edib.

Seçilən
98
teleqraf.com

1Mənbələr