AZ

Milla Dairy və Danone strateji əməkdaşlığı genişləndirir

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Milla Dairy" MMC qlobal süd məhsulları lideri Danone ilə müqaviləli istehsal üzrə strateji əməkdaşlığa start verir və tərəfdaşlığın əhatə dairəsini genişləndirir.

Bu təşəbbüs şirkətin yerli bazardakı mövqeyini daha da gücləndirir və beynəlxalq genişlənmə strategiyasında yeni mərhələnin əsasını qoyur.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əməkdaşlıq çərçivəsində Danissimo brendi altında məhsullar artıq Milla Dairy MMC-nin müasir istehsal sahəsində Danone-un beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olaraq istehsal olunur.

İstehsal proqramına 200 ml həcmində, müxtəlif dad seçimləri ilə təqdim olunan süd kokteylləri daxildir. Bütün məhsullar təsdiq edilmiş resepturalar, texniki spesifikasiyalar və ciddi keyfiyyətə nəzarət prosedurları əsasında istehsal olunur.

Layihə həm daxili bazarı, həm də regional ixrac imkanlarını əhatə edir. Məhsulların Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun bir sıra ölkələrinə ixracı nəzərdə tutulur. Bu əməkdaşlıq istehsal güclərinin səmərəli istifadəsini təmin etməklə yanaşı, regionda dayanıqlı və çevik təchizat modelinin formalaşdırılmasına töhfə verir.

Strateji tərəfdaşlıq çərçivəsində tətbiq ediləcək innovativ yanaşmalar və qabaqcıl texnologiyalar Milla Dairy MMC-nin davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Layihə şirkətin məhsul portfelini genişləndirəcək, regional bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək və istehlakçılara yeni, yüksək keyfiyyətli seçimlər təqdim edəcək.

Tərəflər əməkdaşlığın mərhələli şəkildə genişləndirilməsini və uzunmüddətli əsasda inkişaf etdirilməsini planlaşdırırlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
1
marja.az

2Mənbələr