AZ

Karapetyan Paşinyanın əsas rəqibinə çevrilir? Politoloq

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Samvel Karapetyan uğurlu biznesmendir və onun bütün uğuru əsasən Rusiya ilə bağlıdır. Sərvəti Rusiyadakı fəaliyyətindən formalaşıb. O, indiyədək Ermənistan siyasətinə birbaşa qoşulmaq niyyətində olmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov Ermənistanda yaranan yeni siyasi vəziyyət və Samvel Karapetyanın mümkün siyasi perspektivlərindən danışarkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistanda nə Paşinyan hakimiyyəti, nə də keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan cəmiyyətin böyük hissəsinin etimadını tam qazana bilib:

“Son illərdə “üçüncü qüvvə” formalaşdırmaq istiqamətində müxtəlif təşəbbüslər olub. Ən diqqət çəkən təşəbbüs isə kilsədən gələn və keşiş Baqratın ön plana çıxdığı hərəkat idi. Müəyyən şansları olsa da, Robert Köçəryanın açıq dəstəyi Baqratın marjinallaşmasına səbəb oldu və nəticədə o, geniş mənada üçüncü qüvvəyə çevrilə bilmədi.

Paşinyan hakimiyyətinin Karapetyana qarşı addımları isə onun alternativ siyasi fiqur kimi qəbul olunmasına şərait yaradıb. Hazırda o, müxalif mövqedə görünsə də, özünü keçmiş hakimiyyət komandası ilə eyniləşdirmir. Bu isə ona həm hakimiyyətdən narazı seçicilərin, həm də ənənəvi müxalifətdən uzaq duran təbəqənin dəstəyini qazanmaq imkanı verir”.

F.Məmmədov əlavə edib ki, son 4-5 ildə keçirilən sorğular əhalinin təxminən 60 faizinin hakimiyyətə və ənənəvi müxalifətə inanmadığını göstərir:

“Məhz bu elektoratın gələcəkdə Samvel Karapetyana yönələ biləcəyi ehtimal edilir. Buna görə də onun yaxın perspektivdə ən azı ikinci əsas siyasi fiqura çevrilmək, hətta birinci yer uğrunda iddiaçı olmaq şansları var”.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək. Rusiyalı milyarder Samvel Karapetyan yeni yaratdığı Güclü Ermənistan Partiyası ilə seçkiyə qatılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
axar.az

1Mənbələr