AZ

Çin istehsalı insanabənzər robot Unitree R1 satışa çıxarıldı

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yeni Çin insanabənzər robotu "Unitree R1" robototexnika bazarında ilk dəfə təqdim edilib və satışa çıxarılıb.

Bizimyol.info xəbər verir ki, “TechCrunch” nəşrinin məlumatına görə, bu model əlçatan insanabənzər cihazlar sahəsində perspektivli inkişaf hesab olunur.

İstehsalçı robotun beynəlxalq müştərilər üçün rəsmi qiymətini açıqlayıb. Robotun əsas versiyasının qiyməti 5900 dollar, daha sadələşdirilmiş modifikasiyasının qiyməti isə 4900 dollar təşkil edir. Qeyd olunan məbləğə çatdırılma və gömrük xərcləri daxil deyil.

Çindən çıxan innovativ texnologiyalar dünya bazarında sürətlə yayılar, robototexnika və süni intellekt sahəsində rəqabətə davamlı həllər təqdim edirlər. Ekspertlərin proqnozuna görə, bu qiymət seqmentində antropomorfik robotların ortaya çıxması onların kommersiya təşkilatlarına və tədqiqat laboratoriyalarına sürətlə inteqrasiyasını təşviq edəcək.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr