AZ

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Nizami Gəncəvi Muzeyində “Nəsildən nəslə bir yadigar...” adlı geniş tədbir keçirilib

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Tədbir Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Nizami Gəncəvi Muzeyi, Cəfər Cabbarlının Ev Muzeyi və Nailə xanımın Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, AMEA Gəncə Bölməsinin sədr müavini Elmuxtar Muxtarov, Xəzər Universitetinin Direktorlar Şurasının sədri, akademik-professor Hamlet İsaxanlı, Dünya Məktəbinin direktoru, həmçinin respublikamızın müxtəlif şəhər və rayonlarından 35-dən çox muzey və mədəniyyət müəssisəsinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda muzeylərin milli-mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və cəmiyyətin maarifləndirilməsindəki mühüm rolu vurğulanıb. Tədbir çərçivəsində mədəni irsin təbliği, muzeylərarası əməkdaşlıq və gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Bədii hissədə iştirakçılar üçün milli musiqilər səsləndirilib, müxtəlif rəqs nömrələri nümayiş olunub və ədəbi-bədii kompozisiyalar təqdim edilib. Tədbirin mədəni proqramı qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Nəsildən-nəslə bir yadigar...” adlı tədbir zəngin proqramı və geniş iştirakçı heyəti ilə Beynəlxalq Muzeylər Gününün əhəmiyyətini bir daha nümayiş etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr