AZ

Almaniyada iş yerlərinin ixtisarı davam edir

Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müəlllif:Mehin Qasımova,Banco.az

Almaniyada iqtisadi yavaşlama və sənaye sektorundakı problemlər məşğulluğa mənfi təsir göstərməyə davam edir.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı ilkin məlumatlara əsasən, 2026-cı ilin birinci rübündə ölkədə işləyənlərin sayı təxminən 45,6 milyon nəfər olub.

Məlumata görə, məşğulluq əvvəlki rüblə müqayisədə 486 min nəfər azalıb. Mövsümi təsirlər hər ilin əvvəlində müəyyən azalma yaratsa da, builki geriləmə əvvəlki illərlə müqayisədə daha yüksək olub.

Ən böyük iş itkisi istehsal sektorunda qeydə alınıb. Bu sahədə çalışanların sayı illik müqayisədə 171 min nəfər azalıb. Tikinti sektorunda isə 27 min iş yeri itirilib.

Xidmət sektorunda müəyyən artım müşahidə olunsa da, ümumi məşğulluqdakı mənfi tendensiya davam edir. Dövlət xidmətləri, təhsil və səhiyyə sahələri bu artımın əsas mənbəyi olub.

Bununla yanaşı, Almaniyada sığortalı işçilərin sayı 42 milyona, özünüməşğul şəxslərin sayı isə 3,6 milyona düşüb. Maraqlıdır ki, ümumi iş saatları dəyişməyib və bu da daha az sayda insanın daha uzun müddət işlədiyini göstərir.

Digər tərəfdən, eyni dövrdə məşğulluq  Avrozonada 0,5 faiz, Avropa Birliyində isə 0,6 faiz artıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
banco.az

2Mənbələr