AZ

“Bakı Tiflis reysi üzrə bilet qiymətləri məzənnə dəyişikliklərindən asılı olur” Nəqliyyat eksperti

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bakı-Tiflis qatarının yenidən fəaliyyətə başlamasını hamımız arzu edirik. Amma bu məqamlara diqqət edək və tələsməyək. Birincisi, Bakı–Tiflis marşrutu üzrə tariflərin müəyyənləşdirilməsi yalnız bir tərəfin qərarı ilə formalaşmır. Burada həm Azərbaycan, həm də Gürcüstan ərazisində tətbiq olunan dəmir yolu infrastrukturu, lokomotiv və xidmət xərcləri, sərhəd-keçid prosedurları, texniki xidmət tələbləri və tranzit hesablamaları birlikdə nəzərə alınır”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, Gürcüstan tərəfi üzrə tranzit şərtlərinin və qarşılıqlı hesablaşmaların yekunlaşdırılması tariflərin dəqiq müəyyən edilməsini vaxt baxımından daha mürəkkəb edir. Bu səbəbdən qiymətlərin açıqlanması prosesi bəzən kənardan göründüyündən daha uzun çəkə bilir:

“İkincisi, Bakı–Tiflis reysi üzrə bilet qiymətləri, bütün beynəlxalq istiqamətlərdə olduğu kimi, hesablaşmaların İsveçrə frankı əsasında aparılması səbəbindən məzənnə dəyişikliklərindən də asılı olur. Təxmini hesablamalara görə, biletin qiyməti 80-100 manat aralığında olacaq. Çünki gürcülərdə infrastruktur bahadır”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
525.az

7Mənbələr