AZ

UN Habitat rəhbəri: Qeyri rəsmi yaşayış məntəqələrinə yatırımlar sosial xərc deyil, investisiya kimi qiymətləndirilməlidir

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılmasına yönələn vəsaitlər sosial xərc deyil, iqtisadi artıma töhfə verən investisiya kimi qəbul olunmalıdır.

“APA-Economics” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədi üzrə aparılan qiymətləndirmələr bu sahədə irəliləyişin yetərli olmadığını göstərir.

Anaklaudia Rossbax qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələri iqlim dəyişikliyi, iqtisadi geriləmə və səhiyyə risklərindən ən çox təsirlənən ərazilərdir. Bu şəraitdə milyonlarla uşaq əsas xidmətlərə çıxış olmadan yaşayır.

UN-Habitat rəhbəri vurğulayıb ki, güclü mənzil siyasəti, icma əsaslı yenilənmə proqramları və qeyri-rəsmi yaşayış məntəqələrinin şəhər sisteminə inteqrasiyası əsas həll yollarıdır.

O bildirib ki, bu ərazilərə investisiya qoyulduqda yeni iş yerləri yaranır, yerli iqtisadiyyat canlanır və nəticədə ölkələrin ümumi daxili məhsulu artır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
apa.az

3Mənbələr