AZ

Mikayıl Cabbarov qanunsuz tikilən evlərin sökülməsindən danışdı

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qanunsuz tikililərin leqallaşdırılması sosial problemlərin həllinə kömək etsə də, uzunmüddətli perspektivdə yeni risklər yarada bilər”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları sadələşdirilib, şəhərsalma standartlarına cavab verən bəzi qeyri-rəsmi tikililər üçün isə amnistiya mexanizmləri tətbiq olunub. pizza sifarişi

Nazir qeyd edib ki, leqallaşdırma prosesinə ehtiyatla yanaşmaq vacibdir. Çünki qanunsuz tikililərə sadə amnistiyanın verilməsi müəyyən sosial problemləri qısa müddətdə həll etsə də, gələcəkdə icazəsiz tikintilərin artmasını təşviq edə bilər.

Mikayıl Cabbarovun sözlərinə görə, bu isə torpaq istifadəsi, kənd təsərrüfatı torpaqları, meşə sahələri, su ehtiyatları və kritik infrastruktur zonalarına təzyiqin artmasına səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
10
yenisabah.az

10Mənbələr