Uqanda hakimiyyəti "Ebola" qızdırmasının yayılmasının qarşısını almaq üçün 100-dən çox insanı karantinə alıb.
Qaziler.az "Africanews" portalına istinadən xəbər verir ki, təcrid olunmuş şəxslər daim tibbi müşahidə altındadır və infeksiya əlamətlərinə görə müntəzəm yoxlanılır.
Hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu bildirir və ölkənin əvvəlki epidemiyalarla mübarizə təcrübəsinin təhlükəyə effektiv şəkildə cavab verməyə kömək etdiyini qeyd edirlər.
Hazırkı epidemiyanın episentri Konqo Demokratik Respublikasının şərqində, Uqanda ilə həmsərhəd olan İturi əyalətindədir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Konqo Demokratik Respublikasında 500-dən çox şübhəli yoluxma halı və 130-dan çox ölüm müəyyən edilib, Uqandada isə bir təsdiqlənmiş yoluxma halı və bir ölüm qeydə alınıb.