AZ

ABŞ Avropadakı döyüş briqadalarının sayını azaltdı


ABŞ Avropada yerləşən döyüş briqadalarının sayını dörddən üçə salıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell “X” sosial şəbəkə səhifəsində bildirib.
“ABŞ Müdafiə Nazirliyi Avropada yerləşən döyüş briqadalarının ümumi sayını dörddən üçə salıb. Bu, bizi Avropadakı döyüş briqadalarının 2021-ci il sayına qaytarır”, - Pentaqon rəsmisi qeyd edib.
O, qərarın ABŞ qüvvələrinin Avropadakı mövqeyinin hərtərəfli və çoxqatlı təhlilindən sonra verildiyini bildirib.
Parnell qeyd edib ki, Avropadakı ABŞ qoşunlarının sayının azaldılması qərarı ABŞ qüvvələrinin Polşaya yerləşdirilməsini gecikdirəcək.
Parnell bildirib ki, nazirlik ABŞ-nin strateji və əməliyyat ehtiyaclarının, eləcə də müttəfiqlərinin Avropanın müdafiəsinə töhfə vermək qabiliyyətinin sonrakı təhlili əsasında bu və digər ABŞ qüvvələrinin Avropadakı son konfiqurasiyasını müəyyən edəcək.
O qeyd edib ki, müdafiə naziri Pit Heqset çərşənbə axşamı Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamışla telefonla danışıb və ABŞ-nin ölkədə hərbi mövcudluğunu qorumağa hazır olduğunu qeyd edib.
Seçilən
44
50
yeniavaz.com

10Mənbələr