AZ

Rusiya Latviyaya hərbi təcavüz üçün zəmin hazırlayır - Riqa Moskvaya nota verdi...



Latviya Xarici İşlər Nazirliyi, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) açıqlamaları ilə bağlı etiraz notası təqdim etmək üçün Rusiyanın müvəqqəti işlər vəkili Dmitri Kasatkini nazirliyə çağırıb.

Nazirlik, Latviya ərazisindən Rusiyaya qarşı hücumlarda istifadə ediləcəyi ilə bağlı Rusiyanın iddialarını "əsassız" adlandırıb və bu cür açıqlamaların gərginliyi artırdığını bildirib. Latviya hökuməti heç vaxt öz hava məkanından və ya ərazisindən bu məqsədlər üçün istifadəyə icazə vermədiyini vurğulayıb.

Rusiya kəşfiyyatının iddialarının nə qədər doğru olub-olmadığını demək çətindir. Ancaq bəzi ekspertlər hesab edir ki, Rusiya gələcəkdə Latviyaya hərbi təcavüz etmək üçün heç bir əsası olmayan bu cür iddialarla zəmin hazırlayır...

Tahir TAĞIYEV

Seçilən
38
baki-xeber.com

1Mənbələr