AZ

“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” “Ağstafa Gəncləri” nə edəcək?

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Mayın 17-də keçirilən “Kür-Araz” - “Araz Saatlı” oyununun sonlarında qarşıdurma, əlbəyaxa dava oldu. Azarkeşlər, futbolçular - hamı bir-birinə girmişdi.Matçın final fiti səslənmədi, belədə oyun tamamlanmış sayılmır. Dava başlayana qədər Saatlı təmsilçisi 0:3 məğlub olurdu. Təhlükəsizlik lazımi səviyyədə təmin olunmadığına görə meydan sahibi “Kür-Araz”ın texniki məğlubiyyət alması da mümkündü. Belədə “Ağstafa Gəncləri” 12-ci olacaq, 2-ci liqanı tərk edəcək. Mövcud durumla bağlı “Ağstafa Gəncləri” nə düşünür? Çempionatı tərk etməli olsalar, Apellyasiya Məhkəməsinə şikayəti edəcəklər? “Football-plus.az”ın sualına komandanın baş məşqçisi, idarəedici şəxslərdən olan Şahin Kərimov cavab verdi:

“Hadisələrin axarını gözləyək. Heç kim sonuncu olmaq istəməz. Ümid edək ki, ən obyektiv qərarı verəcəklər. İntizam Komitəsi qanun nədisə, ona uyğun qərar verəcək. Biz də dava olmasını istəmirik. Bölgə futbolu inkişaf etsin. Üzücü haldı ki, əlbəyaxa döyüş oldu. Bu Azərbaycan futbolu adına ləkədi. Dünya gördü ki, Azərbaycan futbolu nə vəziyyətdədi”.

MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
3
icma.az

4Mənbələr