AZ

Anaklaudia Rossbax: Qeyri-formal məskunlaşma problemlərinin həllini tam təmin edə bilməmişik

Bakı, 20 may, AZƏRTAC

Dünyanın hər yerində bir çox layihələrimiz və bir çox müdaxilə proqramlarımız mövcuddur. Lakin, mən hesab edirəm ki, bir cəmiyyət olaraq biz bu problemi lazımi miqyasda həll edə bilməmişik. Layihələri sistemli dəyişikliyə çevirməyi bacarmamışıq və qeyri-formal məskunlaşma problemlərinin həllinin milli sistemlərə- qanunlara, qaydalara, maliyyə sistemlərinə və yerli səviyyəyə inteqrasiya olunmasını tam təmin edə bilməmişik.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax deyib.

"İnaniram ki, indi biz Yeni Şəhərsalma Gündəliyinin ortamüddətli icrasının nəzərdən keçirilməsi mərhələsinə yaxınlaşırıq. Uğursuzluğa düçar olduğumuzu qəbul etməyimiz çox vacibdir və bu, mənə çox aydındır. Bu cəbhədə biz bir cəmiyyət olaraq uğursuz olduq. Daha çox gözləməyə isə vaxtımız yoxdur, çünki bu, humanitar bir vəziyyətdir", - deyə Anaklaudia Rossbax vurğulayıb.

Fotoqraf - Aydın Məmmədov

Seçilən
20
4
azertag.az

5Mənbələr