AZ

Milyarderlər insanları belə ovsunlayırlar: Pensiya üçün pul yığmağa ehtiyac qalmayacaq?

ABŞ-da süni intellektin milyonlarla insanı işsiz qoyacağı ilə bağlı narahatlıqlar artır. Bunun fonunda texnologiya milyarderləri cəmiyyəti sakitləşdirməyə çalışırlar.

Publika.az xəbər verir ki, “The Guardian” qəzetində dərc olunan məqalədə bildirilir ki, İlon Mask və digər texnologiya nəhəngləri süni intellektin təhlükələrini olduğundan daha az göstərirlər.

Mask hesab edir ki, gələcəkdə dövlət tərəfindən veriləcək “universal yüksək gəlir” işini itirən insanları xilas edəcək. Onun sözlərinə görə, süni intellekt məhsuldarlığı o qədər artıracaq ki, insanlar hətta pensiya üçün pul yığmağa ehtiyac duymayacaq.

Sem Altmanın "OpenAI" sistemi də optimist mövqe sərgiləyərək bildirib ki, süni intellekt elmi və tibbi sahədə böyük sıçrayış yaradacaq, ailələrin xərclərini azaldacaq və yeni iş imkanları açacaq.

Lakin bəzi ekspertlər vəziyyətin daha təhlükəli ola biləcəyini deyirlər. “Anthropic” şirkətinin rəhbəri Dario Amodei yaxın 1-5 il ərzində başlanğıc səviyyəli ofis işlərinin yarısının yox ola biləcəyini bildirib. "Microsoft" süni intellekt şirkətinin rəhbəri Mustafa Süleyman isə bir çox ofis işinin yaxın 12-18 ayda tam avtomatlaşdırılacağını açıqlayıb.

Seçilən
2
publika.az

1Mənbələr