AZ

Rossbax: Urbanizasiya təbiəti, kənd təsərrüfatını və ərzaq təhlükəsizliyini sıxışdırır

Artıq sürətli reaksiya vermək və iqlim problemlərinin həllinə hazırlıqlı olduğumuzu nümayiş etdirmək vaxtıdır.

Aznews.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim və Mənzil Əlaqəsi" adlı tədbirdə çıxışında bildirib.

Rossbax çıxışında iqlim dəyişikliyi, urbanizasiya və qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı qlobal böhranın dərinləşdiyini vurğulayaraq ciddi xəbərdarlıq edib.

O bildirib ki, son illərdə ekstremal hava hadisələri daha da artıb: “Bu, artıq gələcəyin yox, indinin reallığıdır”.

İcraçı direktor qeyd edib ki, dünyada 1 milyarddan çox insan suya, elektrikə və əsas xidmətlərə çıxışdan məhrumdur və bu insanlar çox qeyri-sabit şəraitdə yaşayır. Onun sözlərinə görə, qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan ailələr hər gün təhlükə içindədir, uşaqlar isə təhlükəsiz ev və təhsil mühitindən məhrumdurlar.

Seçilən
0
3
aznews.az

4Mənbələr