AZ

Suriyanın 7 dövlət qurumu Aİ sanksiya siyahısından ÇIXARDI

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqı Şurası Suriyadakı vəziyyətlə bağlı tətbiq olunan sanksiyalarla əlaqədar yeni qətnamə qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, qərar 19 may tarixində Aİ-nin rəsmi jurnalında dərc olunub.

Sənədə əsasən, Suriyanın bir sıra dövlət və təhlükəsizlik qurumları sanksiya siyahısından çıxarılıb.

Siyahıdan çıxarılan qurumlar arasında Siyasi Təhlükəsizlik Departamenti, Baş Kəşfiyyat İdarəsi, Hərbi Kəşfiyyat Departamenti, Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Ali Tətbiqi Elmlər və Texnologiya İnstitutu yer alıb.

Bildirilir ki, dəyişikliklər 18 yanvar 2012-ci il tarixli Aİ sanksiyaları qaydalarına edilən düzəlişlər çərçivəsində həyata keçirilib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
redaktor.az

3Mənbələr