AZ

ABŞ SEPAH ın maliyyə şəbəkəsi haqqında məlumat verənə 15 milyon dollar təklif edir

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Dövlət Departamentinin “Rewards for Justice” proqramı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyə şəbəkəsi haqqında məlumat verənə 15 milyon dollar təklif edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə proqramın sosial şəbəkə səhifəsində məlumat verilir.  

“Sizin məlumatlarınız bu terror təşkilatının maliyyə şəbəkələrini çökdürməyə kömək edə bilər”, - məlumatda deyilir.

Məlumatda həmçinin bildirilir ki, SEPAH fəaliyyətlərini maliyyələşdirmək üçün kriptovalyuta hesabları, vasitəçilər və kölgə şirkətlər də daxil olmaqla bir çox maliyyə mexanizmlərindən istifadə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
6
yeniavaz.com

7Mənbələr