ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yardımlıda ov zamanı ehtiyatsızlıqdan dostu Vüqar Əsgərovu ov tüfəngi ilə güllələyərək onun ölümünə səbəb olan Xəyyam Nağıyevin məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Xitab24.az-a istinadən xəbər verir ki, məhkəmədə ifadə verən 1990-cı il təvəllüdlü Xəyyam Nağıyev Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilib.
O, ifadəsində bildirib ki, hadisə günü Vüqarla qaban ovuna gediblər:
"Həmin vaxt qaban izlərinə rast gəldik. Vüqarla qabanın ayaq izi istiqamətində hərəkət etdik. Təxminən 20 metrə yaxın məsəfə getdikdən sonra itlər hürməyə başladı, Vüqar çay istiqamətində
aşağı düşdü, mən də qarşı tərəfə qaçdım. Bu zaman itlər yenidən hürdü və kolların arasında hərəkət gördüyüm üçün qaban olacağını zənn edib atəş açdım. Bir neçə saniyə sonra qışqırıq səsləri eşitdim. Vüqar qışqıraraq "mənə güllə dəydi" dedi. Dərhal səs gələn tərəfə gedib Elmirlə Vüqarın yarasını bağladıq, 500 metr məsafə gətirdik, yolda həyatını itirdi".
Məhkəmədə Vüqar Əsgərovun hüquqi varisi Xəyyamı bağışladığını deyib və ondan şikayətçi olmayıb.
Məhkəmə Xəyyamın zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Vüqargilin ailəsinin ondan şikayətçi olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edib ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür.
Bu səbəbdən hakim Xəyyam Nağıyevin azadlığının məhdudlaşdırılması ilə bağlı hökm çıxarıb. Hökmə əsasən, təqsirləndirilən şəxs 10 ay 18 gün müddətində elektron qolbaqla gəzəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.