AZ

Bu ölkədə güclü zəlzələ baş verdi

Yaponiyanın cənub-qərb sahillərində 5,9 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin episentrinin Yaponiyanın Kaqoşima əyalətinə bağlı Vadomari bölgəsinin 8 kilometr şərqində yerləşən açıq dəniz ərazisi olduğunu açıqlayıb.

5,9 bal gücündə olan zəlzələ təxminən 42 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumata görə, zəlzələ nəticəsində can və ya mal itkisi olmayıb.

Hadisədən sonra sunami xəbərdarlığı da edilməyib.

Seçilən
23
cebheinfo.az

1Mənbələr