AZ

200 idmançı şəhidin xatirəsinə yarışdı FOTOLAR

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qarabağ müharibəsi Şəhidi Yalçın Mustafayevin xatirəsinə həsr olunmuş Savate üzrə açıq turnir keçirilib.

Modern.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq, Azərbaycan Savate Federasiyası Bakı Döyüş Savate Klubu ilə birgə igid qəhrəmanımız, şəhid Yalçın Mustafayevin əziz xatirəsinə həsr olunmuş açıq Respublika turniri keçirilib.

İdman turnirinin açılış mərasimində Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev, Bakı Dövlət Universitetinin dekanı Ələmdar Cabbarlı, şəhidin anası, ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev çıxış edərək iştirakçıları salamlayıb və uğurlar arzulayıb. Rafiq Əliyev bildirib ki, turnirin əsas məqsədi gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi, həmçinin şəhidimiz Yalçın Mustafayevə və bütün şəhidlərimizə ehtiramın nümayiş etdirilib.

Açılış mərasimində iştirak edən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Bakı Dövlət Universitetinin dekanı Ələmdar Cabbarlı çıxışlarında şəhid Yalçın Mustafyevin qəhrəmanlıqları, döyüş yolu haqqında iştirakçılara ətraflı məlumat veriblər. Şəhidlərimizin adının dövlətimiz və xalqımız tərəfindən daim uca tutulduğunu bildiriblər və Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun şəhid ailələrinə, qazilərə xüsusi diqqətindən, qayğısından söz açıblar. Natiqlər Yalçın Mustafayev kimi qəhrəmanların gənc nəsil üçün örnək, nümunə olduğunu qeyd ediblər.

Yalçın Mustafayevin anası Rəhimə Mustafayeva isə çıxışında oğlunun və digər bütün şəhidlərimizin xatirəsinə daim diqqətlə yanaşdığı və belə bir idman turnirini təşkil etdiyi üçün Azərbaycan Savat Federasiyasına və Federasiyanın prezidenti Rafiq Əliyevə təşəkkür edib. Yarışda iştirak edən hər bir idmançıya uğurlar arzuladığını bildirən Rəhimə Mustafayeva idmançıları qəhrəman şəhidlərimizi və qazilərimizi heç zaman unutmamağa çağırıb.

Turnir idmançıların döyüşləri ilə davam etdirilib və uğurla yekunlaşıb.

Turnirdə Bakı şəhəri ilə yanaşı, regionlardan olan komandalar da iştirak etmişdir. Gədəbəy, Astara, Gəncə və digər bölgələrdən gələn idmançılar turnirdə böyük ruh yüksəkliyi ilə mübarizə aparmışlar. Ümumilikdə 16 komandanın, 200-ə yaxın idmançının qatıldığı yarış yüksək təşkilatçılıq və idman ruhu ilə yadda qalıb.

Qalib idmançılara xüsusi diplomlar və medallar təqdim olunub. Turnirin əsas məqsədi igid şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, onların qəhrəmanlığını gənc nəsilə aşılamaq, yeniyetmə və gənclərin vətənpərvərlik, mənəvi dəyərlər və sağlam həyat ruhunda formalaşmasına töhfə vermək olmuşdur.

Şəhidlərimizi unutmaq olmaz, unutdurmaq isə heç vaxt mümkün deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
modern.az

2Mənbələr