AZ

BMT: Azərbaycan dövlət xidmətlərinin təşkilində nümunəvi model formalaşdırıb

Qlobal Cənub öz potensialı, ideyaları, innovasiyaları və həll yolları ilə yüksəlir. Qlobal Cənub QHT-ləri Platformasının əhəmiyyəti isə dünyanın müxtəlif bölgələrini bir araya gətirməsindədir. Cənub ölkələrinin birləşməsi olduqca güclü bir yanaşmadır.

APA xəbər verir ki, bunu BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Xatib WUF13 çərçivəsində keçirilən konfransda bildirib.

O deyib ki, inkişaf etməkdə olan ölkələr artıq yalnız yardım alan tərəf yox, həm də ideya, texnologiya və uğurlu idarəetmə modelləri təqdim edən mühüm tərəfdaşlara çevrilirlər. Onun sözlərinə görə, belə platformalar dünyanın müxtəlif regionlarını bir araya gətirərək Cənub-Cənub əməkdaşlığını daha da gücləndirir.

Qeyd olunub ki, BMT Baş Assambleyasının mandatı əsasında fəaliyyət göstərən UNOSSC üzv dövlətlər və BMT sistemi arasında əməkdaşlığın təşviqi, əlaqələndirilməsi və dəstəklənməsi ilə məşğuldur.

O, həmçinin, Azərbaycanın dövlət xidmətləri sahəsində həyata keçirdiyi innovativ modelə diqqət çəkib.

Bu kontekstdə Azərbaycanın dövlət xidmətlərinin təşkili sahəsində nümunəvi model formalaşdırdığı bildirilib. Xüsusilə, “ASAN xidmət” modeli Cənub-Cənub əməkdaşlığının uğurlu nümunəsi kimi təqdim olunub və bir sıra ölkələrin bu təcrübə ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Seçilən
15
apa.az

1Mənbələr