“Mister Bini müzakirə etmək bizim pulumuza uyğun deyil”.
Redaktor.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov jurnalist Pərviz Hüseynin “Pərvizə görə” verilişində aparıcının ona ünvanladığı “Mister Bini görsən, deyərsən ondan yaxşı aktyorsan, yoxsa yox?” sualına cavab olaraq deyib.
Elcan Rəsulov bildirib ki, Mister Bin kimi simalar dünya əfsanələridir:
“Bizim həmin insanları müzakirə etməyimiz nə yaşımıza, nə səviyyəmizə, nə pulumuza, nə də təhsilimizə uyğun deyil”.
Həmin görüntüləri tədqim edirik:
NURİYYƏ