AZ

Stəkanların sarılığını saniyələr içində aparan möcüzəvi üsul

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Mətbəxdə tez-tez istifadə olunan və zamanla parlaqlığını itirən şüşə qabların, xüsusilə çay və qəhvə stəkanlarının saralması qadınların ən çox qarşılaşdığı problemlərdən biridir. Dibində quruyan çay qalıqları və suyun tərkibindəki ərp səbəbindən yaranan bu ləkələr adi yuyucu vasitələrlə təmizlənmədikdə xoşagəlməz görüntü yaradır.Demokrat.az xəbər verir ki, ev şəraitində bir neçə sadə və təbii üsulla stəkanları ilk günkü kimi bəmbəyaz və parlaq vəziyyətə gətirmək mümkündür. Təmizlik mütəxəssislərinin təcrübəsinə əsasən, kimyəvi maddələrdən istifadə etmədən də bu problemi kökündən həll etmək olar.Ən təbii və effektiv üsullardan biri ağ sirkə və isti su qarışığıdır. Bunun üçün dərin qaba ilıq su doldurub bura bir stəkan ağ sirkə əlavə etmək, saralmış qabları həmin suda yarım saat saxlamaq kifayətdir.Digər bir üsul isə çay sodası ilə təmizlikdir. Onun sözlərinə görə, sodanın ləkəçıxarma xüsusiyyəti bu sahədə yüksək nəticə verir:"Stəkanın içinə bir şirniyyat qaşığı soda töküb bir neçə damcı su ilə pasta halına gətirmək lazımdır. Süngərlə bu pastanı ləkəli hissələrə sürtüb 5 dəqiqə saxladıqdan sonra yuyanda sarılıq tamamilə yox olur".

Təhlillər göstərir ki, limon və duz ikilisi də şüşə qabların parıldamasında mühüm rol oynayır. Limonun tərkibindəki turşu ağardıcı təsir göstərir, duz isə ləkələri səthdən qoparır.Əgər saralmış stəkanların sayı çoxdursa, qazana su doldurub içinə bir ədəd qabyuyan maşın tableti ataraq stəkanları vam odda 10 dəqiqə qaynatmaq olar. Bu üsul bütün sarılığı birdəfəyə təmizləyir.

Müşahidələrə görə, təmizlik zamanı metal sürtgəclərdən istifadə etmək olmaz. Çünki cızılan şüşə səthlər növbəti istifadədə çay ləkələrini daha tez özünə çəkir.Yəni, stəkanların saralmaması və ya yaranan sarı ləkələrin getməsi üçün bahalı kimyəvi vasitələrə ehtiyac yoxdur. Evdəki sirkə, soda və ya limon kimi təbii məhsullarla qabları asanlıqla ağartmaq və parlaq görünüşü bərpa etmək mümkündür.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
demokrat.az

2Mənbələr