AZ

Rusiyanın neft mərkəzi VURULDU: Moskva YANACAQSIZ qala bilər - VİDEO

Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl-Nijeqorodnefteorqsintel” neft emalı zavodu (NEZ) hücuma məruz qalıb və müəssisədə yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "ASTRA" teleqram kanalı OSINT analizlərinə istinadən məlumat yayıb.

Analitiklərin məlumatına görə, zərbə xammalın benzin, dizel yanacağı, kerosin və digər fraksiyalara ayrıldığı ilkin neft emalının əsas obyekti olan "ELOU-AVT" qurğusuna dəyib.

Hücumdan sonra Kstovo rayonunda məktəblilər distant təhsilə keçirilib, valideynlərə isə uşaqları bağçaya göndərməmək tövsiyə olunub.

Qeyd edək ki, “Lukoyl-Nijeqorodnefteorqsintel” Rusiyanın ən böyük neft emalı zavodlarından biri hesab olunur və Moskva regionunun yanacaqla təmin edilməsində mühüm rol oynayır. Müəssisənin illik emal gücü təxminən 17 milyon ton neft təşkil edir.

Bu arada "Reuters" agentliyi xəbər verir ki, mayın 15-də baş verən dron hücumundan sonra Rusiyanın neft emalının təxminən 5%-ni təmin edən Ryazan NEZ-i də fəaliyyətini dayandırıb. Sözügedən zavod 2024-cü ildə 13,1 milyon ton neft emal edib.

Musavat.com

Seçilən
48
24
musavat.com

10Mənbələr