AZ

45 illik tarix bir məkanda: Salyan Tarix Diyarşünaslıq Muzeyində yubiley tədbiri

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Salyan, 20 may, AZƏRTAC

Salyan Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 45 illiyi münasibətilə tədbir keçirilib.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə idarənin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət və təhsil işçiləri iştirak ediblər. Çıxış edənlər muzeyin 45 illik tarixindən və fondundakı eksponatlardan danışıblar. Bildirilib ki, muzey rayonun qədim tarixinin, etnoqrafiyasının və maddi-mədəni nümunələrinin yaşadılmasında mühüm rol oynayır.

Sonra muzeyin fondlarında qorunub saxlanılan qədim arxeoloji tapıntılar, etnoqrafik nümunələr, qədim məişət əşyaları, xalçalar, sənədlər, fotoşəkillər, Salyanın zəngin tarixi-mədəni və memarlıq irsini əks etdirən eksponatlar, həmçinin oymaçı Rauf İbrahimovun əl işlərindən ibarət sərgi nümayiş olunub.

Tədbir Salyan rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında konsert proqramı davam edib.

Müxbir-Aydın Yavərzadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
azertag.az

1Mənbələr