AZ

ABŞ-də yaşayan Avroviziya təmsilçimizin övladı ilə ilk FOTOsu

Azərbaycanı "Eurovision 2013" müsabiqəsində təmsil edən müğənni Fərid Məmmədov övladı ilə fotosunu yayıb.

News365.az xəbər verir ki, ifaçı ata olması barədə xəbəri izləyiciləri ilə bölüşüb.

Fərid  paylaşımında oğlunun dünyaya gəldiyini açıqlayıb və hazırda ABŞ-ın Los Angeles şəhərində yaşadığını bildirib. Xəbər sənətçinin pərəstişkarları tərəfindən maraq və təbriklərlə qarşılanıb.

Xatırladaq ki, Fərid Məmmədov 2013-cü ildə keçirilən "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı uğurla təmsil edərək ikinci yerə layiq görülmüşdü. Müğənni 2016-cı ildə ailə həyatı qurmuşdu.

Sənətçi ABŞ-yə köçüb. Bir müddət əvvəl yerli mətbuatda Fərid Məmmədovun ABŞ-da kuryer kimi çalışdığı barədə xəbərlər də yayılmışdı. Bununla yanaşı, sənətçi idman və musiqidən uzaq qalmadığını nümayiş etdirərək gündəlik həyatından görüntüləri sosial şəbəkədə paylaşmağa davam edir.


Seçilən
0
1
news365.az

2Mənbələr