AZ

Nazim Bəydəmirlinin yeri dəyişdirildi ÖZƏL

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq deputat Nazim Bəydəmirli 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

 Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu barədə qərar dünən axşam saatlarında icra olunub.

Qeyd edək ki, Nazim Bəydəmirli 13 Saylı Cəzaçəkmə Müəssisəsində dələduzluq cinayətlərinə görə cəza çəkən “Nehrəmli Sahib” kimi tanınan Sahib İbrahimov tərəfindən təxribata cəlb olunmuşdu.

Hər iki şəxs arasındakı mübahisədən sonra onlar cərimə təcridxanasına salınmışdı.

Onu da qeyd edək ki, bu, həmin müəssisədə Sahib İbrahimovun yaratdığı ilk qalmaqal deyil.

O, dəfələrlə ayrı-ayrı məhkumlarla münasibətdə də nizam-intizam qaydalarını pozaraq qalmaqal yaradıb.

Günay Mahirqızı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
icma.az

1Mənbələr