ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Litvanın bəzi hissələrində, sərhəd yaxınlığındakı hava məkanında dron aşkar edilməsi ilə əlaqədar hava həyəcanı elan olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.
Litva müdafiə qurumunun məlumatına görə, dronun böyük ehtimalla Belarus tərəfdən hərəkət etdiyi bildirilir.
"NATO-nun Baltik regionu üzərində hava məkanının patrul edilməsi əməliyyatı başlayıb", – deyə Müdafiə Nazirliyindən əlavə ediblər.
Məryəm Quliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.