Ermənistan Rusiyanın maraqlarına zərər verə biləcək heç bir addım atmayacaq.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 20-də Lori rayonunun Şnoq kəndində hakim “Mülkü Müqavilə” Partiyasının seçki kampaniyası zamanı bildirib.
“Rusiya ilə münasibətlərimizdə heç bir kəskin addım atmayacağıq. Rusiya prezidenti ilə dostluq münasibətlərim var. 2018-ci ildən bəri təxminən 200 dəfə telefon danışığımız olub. Rusiyaya münasibətimiz çox istidir”, - deyə Paşinyan əmin edib.
O, əlavə edib ki, Rusiya supergücdür və ona hörmətlə yanaşmaq lazımdır.