AZ

Deputatın iddiası: Əraqçi danışıqlar üçün Nyu Yorka gedir

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xarici işlər naziri Abbas Əraqçi danışıqlar üçün Nyu-Yorka gedir.

"Yeni Sabah" Tabnak-a istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əli Xezrian bildirib.

Onun sözlərinə görə, İslam Respublikasının XİN rəhbəri ABŞ və Hörmüz boğazı ilə bağlı Nyu-Yorkda bəzi Fars körfəzi ölkələri ilə danışıqlar aparmasına dair müxtəlif mənbələrdən məlumat alıb: Dominos pizza

"Birincisi, görüşün keçirilmə yerinə diqqət yetirilməlidir. Ümid edirəm ki, bu xəbər yalandır. Lakin belə bir görüş Nyu-Yorkda, yəni müharibə vəziyyətində olduğumuz düşmənin ərazisində keçiriləcəksə, bizi danışıqlarda mütləq əlverişsiz vəziyyətə salacaq.

İkincisi, Fars körfəzi ölkələri ilə görüş keçirməməliyik, çünki onlar İrana hücuma görə məsuliyyət daşıyır. Biz bu insanlarla Hörmüz boğazı məsələsində dialoqa və danışıqlara girməyəcəyik. Onlar cinayətlərinə görə cavab verməli olanlardır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
yenisabah.az

2Mənbələr