AZ

Türkiyədən Hörmüzə alternativ layihə: NATO  hərəkətə keçdi

Türkiyə Hörmüz boğazından asılılığı azaltmaq üçün NATO-ya neft kəməri çəkməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Müdafiə Nazirliyindəki mənbə bildirib.

"Hürriyet" qəzetinin məlumatına görə, mənbə bildirib ki, "Türkiyə NATO-ya hərbi neft kəməri layihəsi təklif edib. Bu layihə hazırda NATO tərəfindən təsdiqlənən tədbirlər paketinin bir hissəsidir. Bu layihə alyansın şərq müttəfiqlərinə enerji təchizatını gücləndirmək üçün nəzərdə tutulub".

Onun sözlərinə görə, layihə alyansın ümumi vəsaitlərindən istifadə etməklə həyata keçiriləcək.

Seçilən
38
2
publika.az

3Mənbələr