AZ

“Tullantıların idarə olunmasında dairəvi iqtisadiyyat modeli genişləndirilir” Sabit Zeyniyev

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Əldə olunan nailiyyətlər çərçivəsində illik 100 min ton emal gücünə malik materialların bərpası müəssisəsi tikilib. Bu müəssisə vasitəsilə təkrar emal oluna bilən materialların həcmi artırılıb və təkrar emal prosesində iştirak edən şirkətlərin fəaliyyəti gücləndirilib.

SİA xəbər verir ki, bunu “Tamiz Shahar OJSC” İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev WUF13 çərçivəsində keçirilən “Plastik çirklənməsi ilə mübarizə: yaşanıla bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” panelində deyib.

O bildirib ki, mövcud zavodlar tam gücü ilə fəaliyyət göstərsə də, səmərəliliyin artırılması üçün əlavə imkanlar mövcuddur və tullantıların qəbul həcmi ildən-ilə genişləndirilir.

Sabit Zeyniyev qeyd edib ki, tullantıların idarə olunması üçün xüsusi sənaye parkı yaradılıb və burada fəaliyyət göstərən şirkətlərə dövlət tərəfindən vergi və gömrük güzəştləri tətbiq olunur.

Onun sözlərinə görə, məişət tullantıları ev təsərrüfatlarından toplanaraq müxtəlif müəssisələrə yönləndirilir: bir hissəsi yandırma zavodlarına, digər hissəsi isə materialların bərpası müəssisələrinə göndərilir.

Çeşidlənmiş materiallar daha sonra sənaye parkında təkrar emala yönləndirilir və bu proses dairəvi iqtisadiyyatın inkişafına xidmət edir.

Çıxışın sonunda panel müzakirələrinin təcrübə mübadiləsi baxımından faydalı olduğu vurğulanıb və iştirakçılara təşəkkür ifadə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sia.az

2Mənbələr