AZ

Azərbaycan SPECA Şəhərlər Forumuna qoşulmaqla bağlı çağırış edib

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan regionun digər şəhələrini də SPECA Şəhərlər Forumuna qoşulmağa çağırıb.

525.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, forum açıq və inkişaf edən platforma kimi nəzərdə tutulub: "Biz regionun əlavə şəhər və tərəfdaşlarını bu təşəbbüsə qoşulmağa və onun gələcək fəaliyyətinə töhfə verməyə dəvət edirik. Mənzil siyasəti iqlim dəyişikliklərinə uyğunlaşma və enerji səmərəliliyi məsələlərindən ayrı şəkildə nəzərdən keçirilə bilməz. Əlçatan mənzil məsələsi iqlim adaptasiyası, enerji səmərəliliyi, şəhər mobilliyi, rəqəmsal idarəetmə və keyfiyyətli şəhər planlaşdırılması ilə sıx bağlıdır. Dayanıqlı şəhərlərin qurulması üçün innovasiya və güclü institutlar vacibdir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
525.az

1Mənbələr